Çin “Alibaba”nın qurucusu ilə “müharibə”ni bitirməyə qərar verib
- 03.02.2021, 20:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cek Manın qurucusu olduğu “Alibaba”nın törəməsi olan “Ant Group” maliyyə-texnologiya şirkəti Çinin maliyyə tənzimləyicisi ilə müəssisənin maliyyə holdinqinə çevrilməsi ilə bağlı restrukturizasiya planı üzrə razılaşma əldə edib.
Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Agentlik yazır ki, bu cür hərəkətlərlə rəsmi Pekin “Alibaba”nın qurucusu ilə “müharibə”ni bitirməyə qərar verib.
İndi biznes strukturun kapitalına olan tələblər banklara tətbiq olunanlarla eyni olacaq.
Plana görə, holdinqə blokçeyn və qida çatdırılması da daxil olmaqla, “Ant”ın bütün müəssisələri daxil olacaq.
Xatırladaq ki, keçən ilin noyabr ayında Çin hökuməti “Ant Group”un səhmlərinin yerləşdirilməsinin dayandırılması barədə göstəriş vermişdi. Buna səbəb Cek Manın açıqlamaları idi. Belə ki, milyarder Çindəki yüksək texnoloji sənayeni tənzimləyən qaydaları tənqid etmişdi.
Report