Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə sərəncam imzalanıb
- 05.02.2021, 20:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli üçün Nazirlər Kabinetinə də tapşırıq verilib.