Şimali Makedoniya Azərbaycan qazının idxalı üçün kəmər tikəcək



Bu ilin sonuna Şimali Makedoniya Neqotinodan Gevgeliyədək uzunluğu 68 km olacaq qaz boru kəmərinin tikintisi üçün tender keçirəcək.

APA-nin Bolqarıstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boşvarski bildirib.

Məlumata görə, yeni qaz kəmərinin tikintisi ölkəyə Yunanıstanın qaz şəbəkəsinə və bu səbəbdən Trans-Adriatik Boru Kəmərinə (TAP) çıxışını təmin etməyə imkan yaradacaq.

Nazirin sözlərinə görə, sözügedən qaz xəttinin tikintisi üçün icazənin bu ilin ortalarınadək veriləcəyi gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqli bu ilin sonunda başlayacaq.  Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. TAP ilə Avropaya  kommersiya qazının nəqli 2019-cu ilin dekabrın 31-də başlayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri