Nəcəfqulu Rəfiyev küçəsində məhdudlaşma fevralın 9-dək davam edəcək
- 08.02.2021, 14:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
LIVE.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma fevralın 9-u axşam saatlarından aradan qaldırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda qeyd olunub.