"Tesla" avtomobillərini "Bitcoin"lə satmağı planlaşdırır
- 08.02.2021, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Elektrik avtomobillərinin istehsalı ilə məşhurlaşan "Tesla Inc." şirkəti dünyanın ən populyar kriptovaluyutası sayılan “Bitcoin”ə 1,5 mlrd. ABŞ dolları vəsait yatırıb.
Yaxın gələcəkdə şirkətin avtomobil və digər məhsulların satışı zamanı ödənişi "Bitcoin"lə qəbul edəcəyi gözlənilir. Şirkətdən bildirilib ki, bu addım nağd pul gəlirliyinin şaxələndirilməsi və maksimuma çatdırılması siyasəti çərçivəsində atılıb. Bundan əlavə, "Tesla" vurğulayıb ki, bundan sonra da şirkət tərəfindən "Bitcoin"ə yeni investisiyaların yatırılması istisna edilmir.
Qeyd edək ki, "Tesla"nın "Bitcoin"ə 1,5 mlrd. dollarlıq investisiyası fonunda sözügedən kriptovaluyutanın dəyəri 10%-dən çox artaraq tarixi maksimuma – 43 625 dollara çatıb (Bakı vaxtı ilə 17:00-da).
APA, Reuters