Azərbaycan iqtisadiyyatı 2,5% kiçilib



Bu ilin yanvar ayında Azərbaycanda 6 256,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

LIVE.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2% azalıb, qeyri neft-qaz sektorunda isə 0,1% artıb.

ÜDM istehsalının 40,6%-i sənaye, 10,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,9%-i tikinti, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 4,25% azalaraq 626 manat olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri