Azərbaycanın müdafiə naziri Türkiyəyə gedib



Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Bu barədə mediaya Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri