Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində 3-cü yeri tutub
- 14.02.2021, 22:07,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirinə yekun vurulacaq.
LIVE.az-ın məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın son günündə final və 3-cü yer uğrunda ikinci matçlar keçirilir.
Üçüncülük uğrunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla ikinci sınağına çıxıb. Bir gün öncə 2,5:1,5 hesabı ilə qalib gələn qrossmeysterimiz ilk iki görüşdə rəqibindən güclü olub. O, həm ağ, həm də qara fiqurlarla matçda qələbə qazanaraq, 3-cü yeri tutub. Hesab 2:0 təmsilçimizin xeyrinə olduğundan digər oyunlara ehtiyac olmayıb.
Turnirin qalibi isə ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen arasında matçda bəlli olacaq. İlk gündə heç-heçə edən (2:2) rəqiblərin duelində 2 qarşılaşmadan sonra So 1,5:0,5 hesabı ilə öndədir.
“Opera Euro Rapid”
3-cü yer uğrunda, ikinci matç
14 fevral
20:00. Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:0 (1:0, 2:0)