Gürcüstanda elektrik avtomobillərin istehsalı təxirə salınıb
- 16.02.2021, 19:00,
- Avtomobil
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda elektrik maşınların istehsalı 2022-ci ilə qədər təxirə salınıb.
Bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “IPN” agentliyinə bildirib.
Onun sözlərinə görə, pandemiya səbəbindən investor Kutaisidə avtomobillərin istehsalına başlaya bilməyib.
Nazir şirkətə öhdəliklərini yerinə yetirmək üçün əlavə vaxtın verildiyini deyib.
Gürcüstanda elektrik maşınların istehsalına 2020-ci ildə start veriləcəyi planlaşdırılırdı. Avtomobillərin daxili bazarla yanaşı, Avropa İttifaqı ölkələrinə ixrac olunması da nəzərdə tutulurdu.
Report