General-mayor: "Hərbi liseyin 60 zabiti Vətən müharibəsində iştirak edib"
- 23.02.2021, 13:43,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib".
LIVE.az Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
"Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz - mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adı, 100-lərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub", - general-mayor əlavə edib.