Yaxın 10 ildə qlobal qaz istehlakı 15% artacaq



2030-cu il üçün qlobal qaz istehlakı 2019-cu illə müqayisədə 15% artacaq və 4,55 trln. kubmetrə çatacaq.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunun ("Global Gas Outlook 2050" – GGO) təqdimatına həsr olunmuş onlayn tədbiri zamanı deyib.

Onun sözlərinə görə, istehlakın artımının təxminən 70%-i Asiya-Sakit okean bölgəsi və Şimali Amerikanın payına düşəcək.

"Təbii qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 28%-ə (2019-cu ildə 23%) çata bilər", - Novak  qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri