Rokfeller ailəsi BMT-nin baş qərargahının yerləşdiyi ərazini istəyir
- 28.02.2021, 16:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki baş qərargahının yerləşdiyi ərazi dünya təşkilatına aiddir və Pablo Pikassonun məşhur əsərlərindən olan Gernika kimi Rokfeller ailəsinə qaytarılmayacaq”.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
“Bu torpaq bağışlanıb, ona görə bizə məxsusdur və geri qaytarmağımızı istəyə bilməzlər”-deyə, BMT rəsmisi bildirib.
Qeyd edək ki, BMT-nin qərargah binasının yerləşdiyi torpaq sahəsi 1940-cı illərin ikinci yarısında Con Rokfeller tərəfindən dünya təşkilatına bağışlanıb.