İnfeksionist: “Gürcüstanın Çin vaksinindən imtinası səhv olub”
- 03.03.2021, 13:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
-
“Gürcüstan əhalisini dərhal Çin vaksini ilə peyvəndləmək lazım idi”.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini, infeksionist Paata İmnadze deyib.
Onun sözlərinə görə, yerli epidemioloqların Çin vaksinlərinin tətbiqi məsələsində təkid etməmələri səhv olub.
P.İmnadze vurğulayıb ki, iki ay öncə Gürcüstana Çin peyvəndinin gətirilməsi imkanı ilə bağlı epidemioloqların açıqlamaları ajiotaja səbəb olub: “Çox ehtimal ki, Gürcüstana Çin vaksinini idxal etməli olacağıq”.
Qeyd edək ki, Gürcüstanda vaksinasiya məsələsi ətrafında qalmaqal yaranıb. Belə ki, qonşu ölkə fevral ayında çatdırılmalı olan “Pfizer” peyvəndini hələ əldə etməyib. Preparatın mart ayında ölkəyə idxal ediləcəyi gözlənilir.
Bu gün Gürcüstanın hökumət binasının qarşısında səhiyyə ekspertləri, ictimai fəallar və siyasi partiyaların üzvlərinin iştirakı ilə “Vaksin haradadır?” adlı səssiz aksiya keçirilib.
Report