"Coronovac" peyvəndi xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır


"Sinovac" şirkətinin istehsalı olan "Coronovac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.

APA NTV-ə istinadən xəbər verir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "Coronovac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır.

Qeyd edək ki, Azərbaycanda da COVID-19-a qarşı "Coronovac" peyvəndi tətbiq edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri