Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsi barədə tapşırıq verib
- 03.03.2021, 14:57,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial, film layihələri həyata keçirəcək”.
Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə söyləyib.
O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: “Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.
F.Altun vurğulayıb ki, iki ölkənin tarixi olayları ilə yanaşı, ortaq dəyərlərini gündəmə gətirən birgə sərgi, simpozium keçirilə, nəşrlər hazırlana bilər.
O, sözügedən fəaliyyətlərin Türkiyə və Azərbaycan vətəndaşları ilə məhdudlaşmamasının vacibliyini diqqətə çatdırıb:
“Beynəlxalq təşkilatlar və platformalarda fəaliyyətlərimizi sıx əməkdaşlıq və koordinasiya edilmiş formada həyata keçirəcəyik. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin gündəmə gətirdiyi, Prezidentimiz, cənab Rəcəb Tayyib Ərdoğanın da dəstək verdiyi çoxtərəfli regional əməkdaşlıq platforması təklifini də dünyaya anlatmalıyıq. Ermənistanın Qarabağdakı mədəni irsə vurduğu zərərləri dünyanın gündəminə gətirib, işğal altındakı torpaqların azad olunmasından sonra həyata keçirilən işləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.