Nazirlər Kabineti: Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir
- 09.03.2021, 16:38,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerdəyişməsi və şəxsi heyətin yerləşməsi ilə bağlı maddi-texniki təminat tədbirləri davam etdirilir”.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Silahlı Qüvvələrin maddi-texniki şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı bina və qurğular tikilib istismara verilib, bir sıra obyektlərin tikintisi isə davam etdirilib.
Report