ABŞ-da ötən il ölüm sayında rekord qeydə alınıb
- 11.03.2021, 15:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ tarixinə 2020-ci il ən ağır il kimi düşüb.
Bu barədə “Politico” qəzeti ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatlarına istinadən yazıb.
Məlumatlara görə, 2020-ci ildə ABŞ-da 3 milyondan çox insan ölüb. Əsas ölüm səbəbləri ürək xəstəlikləri, xərçəng xəstəliyi və təbii ki, koronavirus infeksiyasının səbəb olduğu xəstəlik olub. Eyn zamanda, COVID-19-un ABŞ-da ölüm hallarının 15% artmasına səbəb olduğu qeyd edilib.
Cons Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçib, 529 mindən çox pasiyent ölüb.
Ötən ilin dekabr ayında başlayan vaksinasiya davam edir. Hazırda ABŞ-da təcili peyvəndləmə üçün lisenziyalı üç peyvənd var, bunlardan ikisi iki aşı tələb edir.
Report