Azərbaycan XİN erməni əsilli Livan vətəndaşının geri qaytarıldığını təsdiqləyib



“Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nacaryanla bağlı sualını cavablandırarkən deyib.

“Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən Maral Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib. Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb”, - deyə XİN rəsmisi qeyd edib.


///

Livanın xarici işlər naziri Şarbel Vahbi erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qaytarılmasına görə Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

“Report” xəbər verir ki, məlumatı Livan Milli Agentliyi yayıb.

Qeyd edək ki, Livanın Burc Hammud ərazisində anadan olan M.Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin martın 10-da azad edilib.

O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Məlumata görə, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri