Qarabağda radionun açılması üçün sənəd qəbulu başa çatıb
- 12.03.2021, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
MTRŞ-dan APA-ya bildirilib ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib. Bunlar "Real Təhlil İnformasiya Mərkəzi" MMC, "Caspian İnternational Broadcasting Company" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC, "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası və "ARB 24" MMC-dir.
"Televiziya və radio yayımı haqqında" qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.