Üçtərəfli bəyanatdan sonra regionda vəziyyət əsaslı şəkildə dəyişib - ATƏT sədri





Regiondakı hazırkı vəziyyət xarici işlər naziri Ceyhun Bayramovla danışıqların əsas müzakirə mövzusu olub.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

Ötən ilin 10 noyabr üçtərəfli bəyanatından sonra regionda vəziyyətin əsaslı şəkildə dəyişdiyini deyən A.Linde həmin sənədə öz dəstəyini ifadə edib.

O bildirib ki, ikitərəfli münasibətlərin inkişafı da İsveç üçün çox vacibdir.


Trend
Şərhlər
Siyasət bölməsinin xəbərləri