Yaponiya millisinin baş məşqçisi Hondanın "Neftçi"yə keçidindən danışdı



Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzime Keysuke Hondanın "Neftçi"yə keçidinə münasibət bildirib.

LIVE.az Report-a istinadla verdiyi məlumata görə, yerli mətbuata danışan 53 yaşlı mütəxəssis yarımmüdafiəçinin çıxışını diqqətdə saxlayacağını söyləyib.

Hadzimenin sözlərinə görə, "Weis Scouts" sistemi vasitəsilə 35 yaşlı pleymeykerin Premyer Liqadakı oyunları izləniləcək: "Biz bu sistemin köməkliyi ilə dünyanın bütün liqalarında keçirilən matçlara baxa bilirik. Azarkeşlərimiz Hondanın oyunlarını izləmək istəyirlərsə, bu sistemdən yararlana bilərlər. Ümid edirəm ki, futbolçu öz çıxışı ilə bizi yaxşı mənada təəccübləndirəcək".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri