Nazir: "Yeni nəsil e-kassa aparatları ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib"
- 16.03.2021, 21:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni nəsil elektron kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“2020-ci ilin I rübündə marketlərdə e-kassa çeki üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 mln. manat, II rübdə 192 mln. manat, III rübdə 209 mln. manat, IV rübdə isə 222 mln. manat olub”, - nazir qeyd edib.