"S&P": Bu il neftin orta qiyməti 60 dollar təşkil edəcək
- 18.03.2021, 13:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, "Brent" markalı neftin 1 barelə olan orta qiyməti bu il 60 ABŞ dolları təşkil edəcək.
LIVE.az-ın "S&P"ə istinadən verdiyi məlumata görə, agentlik 2022-ci ildə sözügedən markalı neftin qiymətinin həmin səviyyədə qalacağını güman edir. 2023-cü ildə isə bu göstəricinin 55 dollara enəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq agentliyi də "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib. Beləki, 2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib, WTI markalı neftin qiyməti üzrə gözləntilər isə bu il üçün 42 dollardan 55 dollaradək artırılıb.