“Bavariya” avrokuboklarda 1000-ci qolunu vurub
- 18.03.2021, 13:26,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın “Bavariya” klubu avrokuboklarda 1000-ci qolunu vurub.
Bu, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşünə təsadüf edib.
“Latsio”nu 2:1 hesabı ilə məğlub edən Münhen təmsilçisinin yubiley qolunun müəllifi Erik Çupo-Motinq olub.
“Bavariya” avrokuboklar tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız İspaniya nəhəngləri “Real” (1169) və “Barselona” (1138) daha çox qol vurub.