Çempionlar Liqasında mövsümün son püşkü atılıb



Çempionlar Liqasında mövsümün son püşkü atılıb


Çempionlar Liqasında mövsümün son püşkü atılıb.

LIVE.az-ın məlumatına görə, tədbirdə 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Öncə 1/8 final səddini adlayan komandalar 4 cütlük təşkil edib. Ardınca yarımfinalda qalibləri üz-üzə gələcək cütlər müəyyənləşib. Finalın nominal meydan sahibinin də adına püşk aydınlıq gətirib.

Çempionlar Liqası
1/4 final (6/7 – 13/14 aprel)
1. “Mançester Siti” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)
2. “Porto” (Portuqaliya) - “Çelsi” (İngiltərə)
3. “Bavariya” (Almaniya) - PSJ (Fransa)
4. “Real” (İspaniya) - “Liverpul” (İngiltərə)

1/2 final (27/28 aprel – 4/5 may)
5. 3-cü cütün qalibi - 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi - 2-ci cütün qalibi

Final (29 may)
5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.


---
13:30

Çempionlar Liqası və Avropa Liqasında mövsümün son püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasında cari mövsümün son püşkü atılacaq.

LIVE.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunacaq püşkatma mərasimində əvvəlcə Çempionlar Liqasının, daha sonra Avropa Liqasında komandalar rəqiblərini tanıyacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Çempionlar Liqasının 1/4, 1/2 və final mərhələlərinin püşkü atılacaq. Komandalar reytinqə, ölkəsinə və eyni qrupda oynamasına görə ayrılmadığından, bu, “kor püşk” olacaq.

1/4 finalda mübarizə aparacaq komandalar: “Bayern”, “Borusiya” Dortmund (hər ikisi Almaniya), “Çelsi”, “Liverpul”, “Mançester Siti” (hər üçü İngiltərə), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Real” Madrid (İspaniya).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 6-7-də və 13-14-də keçiriləcək. Yarımfinal qarşılaşmaları 27-28 aprel və 4-5 mayda, İstanbulda keçiriləcək final görüşü isə 29 mayda baş tutacaq.

Avropa Liqasının püşkü isə Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada da 1/4, yarımfinal və finalın püşkü atılacaq. Yenə “kor püşk” üsulundan istifadə olunacaq.

1/4 finalda mübarizə aparacaq komandalar: “Ayaks” (Niderland), “Arsenal”,  “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Qranada”, “Vilyareal” (hər ikisi İspaniya), “Dinamo” (Xorvatiya), “Roma” (İtaliya), “Slavya” (Çexiya).

Qeyd edək ki, Avropa Liqasında 1/4 final aprelin 8-i və 15-də, yarımfinal aprelin 29-da və mayın 6-da olacaq. Final isə mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri