Dövlət Komitəsi: Bakının Baş planının razılaşdırılması son mərhələdədir
- 19.03.2021, 15:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Baş planının aidiyyəti orqanlarla razılaşdırılması son mərhələdədir və təsdiq olduqdan sonra, müvafiq sənəd komitənin rəsmi saytında yerləşdiriləcək.
LİVE.az-in məlumatına görə, bunu "Bir pəncərə" elektron sisteminin yeniliklərinin təqdimatında çıxış edərkən Dövlət Satınalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərin görə, fərdi şəkildə tikilən evlərin yerində yeni bina tikilməsi ciddi məsələlərdəndir və bu, mülki, torpaq və digər qanunvericiliklə uzlaşmalıdır.
"Baş planda şəhərsalma nöqteyi-nəzərdən çoxmənzilli, çoxmərtəbəli və yaxud orta mərtəbəli binaların yerləri göstərilməyib. İnvestorlar həmin yerlərdə əraziyə icazə alıb tikinti işlərini həyata keçirə bilər, bir şərtlə ki, o ərazidəki əhali qanunvericiliyə uyğun olaraq köçürülsün və ya yeni mənzillə təmin edilsin", - deyə D. Dövlətxanov qeyd edib.