Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyini açıqlayıb
- 26.03.2021, 17:54,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.
Live.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.
“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib.