Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq



Naxçıvanda ixrac məhsullarının gömrük yoxlamaları sadələşdiriləcək

Naxçıvanda ixracyönümlü məhsul istehsalçı­larına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələş­dirilməsi nəzərdə tutulur.

Bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda qeyd edilib.

Məlumata görə, Naxçıvanın İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi bu istiqamətdə işlər həyata keçirəcək.

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur.

Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq

Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, həmçinin qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulur.

Bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.

Sözügedən işləri Naxçıvan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi icra edəcək.

Xatırladaq ki, Dövlət Proqramında kənd təsərrüfatının bir sıra sahələninin stimullaşdırılması nəzərdə tutulur.


Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri