“Ever Given” 1 milyard dollar ziyan vurub
- 01.04.2021, 10:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Süveyş kanalında saya oturaraq tıxac yaradan yük gəmisi “Ever Given”in yaratdığı maliyyə itkisi 1 milyard ABŞ dollarına çata bilər.
Bunu kanalın administrasiyasının başçısı Üsami Rabea “Sada əl-Elbalad” televiziya kanalına deyib.
Onun sözlərinə görə, bu məbləğə tıxacın vurduğu ziyan, həmçinin gəminin saydan çıxarılması xərcləri daxildir.
Bundan əvvəl “Lloyd’s List” bildirib ki, Süveyş kanalında baş vermiş hadisə dünya ticarətinə gündə 9,6 milyard ABŞ dollarına başa gəlib. Bu, saatda 400 milyon ABŞ dolları itki deməkdir.
Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb. Beş gün sonra gəmi saydan çıxarılıb.