TƏBİB: Avqusta qədər Azərbaycana COVID əleyhinə 16 milyon doza vaksin gətirilməsi gözlənilir

"İndiyədək Azərbaycana COVID-19 əleyhinə 1 milyon 447 min 720 doza vaksin gətirilib". Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Y. Qarayeva bildirib ki, aprel ayında ölkəyə daha 1 milyon 247 min doza vaksinin gətirilməsi gözlənilir: “Avqust ayına qədər isə 16 milyon 150 min doza vaksinin gətirilməsi gözlənilir. Bu o deməkdir ki, 18 yaşdan yuxarı şəxsləri vaksinlə təmin edə bilərik". Y. Qarayevanın sözlərinə görə, vaksinlərin gətirilməsi Azərbaycandan asılı məsələ deyil: "Vaksinlər normal şəkildə gəlir. Bu gün Çindən 500 min doza vaksin almışıq. Ölkəmiz bütün istiqamətlərdə danışıqlar aparıb. GAVİ-dən “Pfizer”, “AstraZeneca” vaksinləri, Rusiyadan “Sputnik V” vaksinləri gətiriləcək".
Şərhlər
Sosial bölməsinin xəbərləri