Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir
- 03.04.2021, 13:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti 1 il 3 aylıq fasilədən sonra ölkənin Frankfurt şəhərindən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.
Bu barədə qonşu ölkənin "Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, aviareyslər aprelin 16-dan həyata keçiriləcək.
Xatırladaq ki, ötən il yanvarın 8-də "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarə İran səmasında vurulduqdan sonra “Lufthansa” Tehrana uçuşları dayandırmışdı. Həmin hadisə nəticəsində təyyarənin göyərtəsindəki 176 nəfər ölmüşdü.
Report