Britaniya kraliçasının həyat yoldaşı vəfat edib


Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, şahzadə II Filipp vəfat edib.

"Live.az" xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

O, 100 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şahzadə Filipp Mauntbetten 1921-ci il iyunun 10-da Yunanıstanın Kerkira şəhərində anadan olub. O, Yunanıstan kralı I Georqun nəvəsi, Böyük Britaniyanın kralıçası II Yelizavetanın həyat yoldaşıdır. Onun ailəsi 1922-ci ildə Yunanıstandan sürgün edilib. Onlar Fransanın paytaxtı Parisə yerləşiblər. 1928-ci ildə qohumları Filippi Londona yola salıblar. 1933-1935-ci illərdə o, Almaniyada, sonra Şotlandiyada məktəbə gedib. 1939-1940-cı illərdə isə Filipp Dartmutda Böyük Britaniya Krallığının Hərbi-Dəniz Kollecində təhsil alıb. Təhsi aldığı müddətdə 4-cü nəsil əmisi qızları Yelizavet və Marqaretlə tanış olub. 1947-ci il iyulun 10-da Filipp Yelizaveta ilə nişanlanıb, noyabrın 20-də isə kəbinləri kəsilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri