İTSDA: Təqaüd alan və işləməyən vətəndaşlar dövlət hesabına icbari tibbi sığorta ilə təmin olunur
- 09.04.2021, 18:39,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İşləməyən vətəndaşlar üçün Xidmətlər Zərfinə daxil tibbi xidmətlərdən istifadə limiti yoxdur”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeve deyib.
O bildirib ki, bütün xidmətlər eyni səviyyədə və keyfiyyətdə vətəndaşlara təqdim olunur.
Şöbə müdiri qeyd edib ki, işləməyən vətəndaşlar, təqaüd alanlar dövlət hesabına icbari tibbi sığorta ilə təmin olunur.
APA