Azərbaycan xilasediciləri Gürcüstanda 22 gün əvvəl çayda batmış 4 nəfərin axtarışlarına cəlb olunub
- 05.08.2013, 19:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər qrupu Gürcüstanın Fövqəladə hallar departamentin əməkdaşları ilə Gürcüstanın Enquri çayında batmış 4 nəfərin axtarışlarına qoşulub.
APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 14-də Mestia rayonunun Xaişi kəndi ərazisində baş verib, lakin həmin şəxslərin meyitləri hələ də tapılmayıb. Batmış şəxslərin qohumları axtarışların davam etdirilməsini tələb ediblər.
Qeyd edək ki, batanların 3-ü Rusiya 1-i isə Gürcüstan vətəndaşlarıdır.