Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib
- 12.04.2021, 18:06,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.
Bununla bağlı qərar bu gün qəbul edilib.
Hərbi Qənimətlər Parkı da “8 Noyabr” prospektində yerləşir.
Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.
Son illərdə Nobel prospekti daha da genişlənib 40 %-dən artıq yeniləşib. Prospekt 10 km uzunluqda məsafəni əhatə edir. Bakının ən böyük küçələrdən birinə çevrilib. Bu gün həmin prospektə həmin adın verilməsi gözəl təşəbbüsdür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.