Mikayıl Cabbarov: "I rübdə qeyri-neft ixracı 16 % artıb"
- 12.04.2021, 18:16,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin I rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bu, Azərbaycan iqtisadiyyatının koronavirus (COVID-19) pandemiyası dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”, - deyə nazir əlavə edib.
Report