FIFA yeni Super Liqanın yaradılmasına qarşı çıxdı
- 19.04.2021, 06:03,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.
Bu barədə təşkilatın açıqlamasında bildirilir.
“FİFA yeni Super Liqanın yaradılması planlarını qəbul etmir, çünki yarışlar beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxır”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.
Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.
Bu barədə “AFP” təşkilatın press-relizinə istinadən xəbər verir.
Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” futbol klubları qəbul edib.
Bundan əlavə qərar Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etirazına səbəb olub.
Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq. Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb.
UEFA yeni layihədə iştirak etməkdən imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.
Report