UEFA prezidentindən AVRO-2020 açıqlaması
- 23.04.2021, 15:21,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Oyunların təhlükəsizliyini və bayram əhval-ruhiyyəsində keçməsini təmin etmək üçün təşkilatçı şəhərlər və yerli hakimiyyət orqanları ilə birlikdə səylə çalışdıq".
Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı danışarkən deyib.
Sloveniyalı funksioner qitədə milli futbol bayramını qeyd etmək üçün bütün oyunlara tamaşaçıların buraxılacağından məmnunluğunu bildirib.
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Report