ABŞ prezidenti varlıların vergisini 2 dəfə artırmaq istəyir
- 23.04.2021, 15:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Cozef Bayden varlıların ödədiyi kapital vergisinin 2 dəfə artırılması təklifi ilə çıxış etmək niyyətindədir.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bununla dövlət başçısı ölkə vətəndaşları arasında bərabərliyi təmin etmək, sosial xərclərin böyük hissəsini ödəmək istəyir.
Hazırda ABŞ-da kapital vergisi hər 1 milyon dollar vəsaitə görə 20%-dir. Prezident bu nisbətin 39,6%-ə çatdırılmasını istəyir.
Report