Hikmət Hacıyev: "Bəzi ölkələr İsraillə tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır"
- 26.04.2021, 15:30,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir".
LIVE.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
O bildirib ki, İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır: "Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır".