TN: Hər il ölkə üzrə I sinfə təxminən 155-160 min uşaq qəbul olur
- 26.04.2021, 16:35,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Lisey və gimnaziyaların rus bölməsinə qəbul ümumi müsahibə ilə həyata keçirilir”.
Bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, müsahibə başa çatdıqdan sonra ərazi üzrə yaşayanlar birbaşa qəbul olunur, qeyri-ərazidə yaşayanlar isə müsabiqə yolu ilə qəbul ola bilər.
O, eyni zamanda qeyd edib ki, ölkə üzrə I sinfə qəbul olan şagird sayı təxminən155-160 min olur: “Burada həm 6 yaşlılar, həm 7 yaşlılar, həm də təqvim əsasında 8 yaşı olanlar nəzərdə tutulur ".
APA