Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti məlum olub
- 05.05.2021, 17:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “AcwaPower” şirkətləri Azərbaycan ərazisində istehsal edəcəkləri elektrik enerjisinin satış qiymətini hökumət ilə razılaşdırıblar.
Qiymətlər Azərbaycanda elektrik enerjisinin topdansatış qiymətinə (6 qəpik) yaxındır.
Məlnbənin verdiyi məlumata görə, “AcwaPower”in külək elektrik stansiyasından əldə edəcəyi elektrik enerjisinin hər kilovatanı 5,5 qəpiyə, “Masdar”ın günəş elektrik stansiyasından əldə etdiyi elektrik enerjisinin isə hər kilovatı 5,7 qəpiyə Azərbaycana satılacaq.
Hər iki şirkətlə razılaşdırılmış qiymətlərinə Əlavə Dəyər Vergisi (ƏDV) də daxildir.
Qeyd edək ki, “Masdar” şirkətinin tikəcəyi günəş elektrik stansiyasının qoyuluş gücü 230 MVt, “AcwaPower” şirkətinin tikəcəyi külək elektrik stansiyasının qoyuluş gücü isə 240 MVt-dır.
Bu il aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyev “AcwaPower” şirkəti ilə imzalanan müqaviləni təsdiq edib. Külək elektrik stansiyası Xızı rayonu və Abşeron rayonunun Pirəkişkül qəsəbəsində, günəş elektrik stansiyası isə Qobustan ərazisində yerləşəcək.
Hər iki elektrik stansiyasının ümumi investisiya dəyəri təxminən 500 mln ABŞ dollarıdır ki, bunun da təqribən 300 mln ABŞ dolları külək, 200 mln ABŞ doları civarında hissəsi isə günəş elektrik stansiyasının payına düşür.
Report