HƏMAS İsrailə 130 raket atıb, ölən və xəsarət alanlar var
- 11.05.2021, 22:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
HƏMAS-ın silahlı qanadı "İzzəddin al-Kassam briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.
"Reuters" agentliyinin məlumatına görə, zərbələr nəticəsində İsrailin bir neçə sakini xəsarət alıb. Eyni zamanda Qəzza sektorunda da çoxmərtəbəli binanın dağıldığı qeyd edilir.
“The Times of Israel” qəzeti isə bildirib ki, HƏMAS silahlılarının İrailin Təl-Əviv şəhərini raket atəşina tutması nəticəsində 1 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb. Atəş zamanı 1 avtobus yanıb.
Eyni zamanda “Ynet” xəbər portalı da Təl-Əviv yaxınlığındakı Rişon-le-Sion şəhərinə raket zərbəsi nəticəsində 1 qadının həlak olması barədə məlumat yayıb. Portal həmçinin Ben-Qurion adına Beynəlxalq Hava Limanının bağlandığını xəbər verib.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.
Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.
İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.
Report