Norveçdə tuneldə yanğın nəticəsində 50 nəfərdən çox insan xəstəxanaya aparılıb

Norveçin cənubundakı ölkənin ikinci ən uzun avtomobil tunelində baş vermiş yanğın nəticəsində 50 nəfərdən çox insan xəstəxanaya aparılıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qudvanqen şəhəri yaxınlığında avtomobil tunelində yük maşını yanıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir. Onların tüstüdən zəhərləndiyi bildirilir.


Qeyd edək ki, qəza baş verən tunelin uzunluğu 11,5 km təşkil edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri