AVRO-2020: Türkiyə millisinin geniş heyəti açıqlandı
- 14.05.2021, 12:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.
LİVE.az-ın məlumatına görə, baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib.
Qapıçılar: Mert Günok ("Başakşehir"), Uğurcan Çakır ("Trabzonspor"), Altay Bayındır (Fənərbağça), Gökhan Akkan ("Rizespor")
Müdafiəçilər: Zeki Çelik ("Lill", Fransa), Kaan Ayhan, Mert Müldür (hər ikisi "Sassuolo", İtaliya), Merih Demiral ("Yuventus", İtaliya), Ozan Kabak ("Liverpul", İngiltərə), Çağlar Söyüncü ("Lester", İngiltərə), Umut Meraş ("La Havre", Fransa) Rıdvan Yılmaz ("Beşiktaş")
Yarımmüdafiəçilər: Mahmut Tekdemir ("Başakşehir"), Okay Yokuşlu ("Vest Bromviç" İngiltərə), Taylan Antalyalı ("Qalatasaray"), Dorukhan Toköz ("Beşiktaş"), Ozan Tufan ("Fənərbağça"), Orkun Kökçü ("Feyenord" Niderland), Yusuf Yazıcı ("Lill", Fransa), İrfan Can Kahveci ("Fənərbağça") Hakan Çalhanoğlu ("Milan", İtaliya)
Hücumçular: Cengiz Ünder ("Lester", İngiltərə), Efecan Karaca ("Alanyaspor"), Halil Akbunar ("Göztepe"), Abdülkadir Ömür ("Trabzonspor"), Kerem Aktürkoğlu ("Qalatasaray"), Burak Yılmaz ("Lill", Fransa), Enes Ünal ("Xetafe", İspaniya), Kenan Karaman ("Fortuna", Almaniya), Halil İbrahim Dervişoğlu ("Qalatasaray")
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Xatırladaq ki, komanda mayın 27-də Alanya şəhərində Azərbaycan seçməsi yoldaşlıq görüşündə ilə üz-üzə gələcək. "Ay-ulduzlular" iyunun 3-də isə Moldova ilə qarşılaşacaq. Mayın 31-də Şimali İrlandiya ilə matç ləğv olunub.