Bakı şəhərinin mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb
- 17.05.2021, 14:18,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Son 5 il ərzində 236 küçə və prospektə yollarda dəyişikliklər təklif edilib, yeni layihələr icra edilib. Bu, böyük bir rəqəmdir, çünki hər bir yolun həndəsi fiqurunun dəyişdirilməsi istər nəqliyyat baxımından, istərsə də piyada təhlükəsizliyinə birbaşa təsir edir”.
Bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi tədbirində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, şəhər mobilliyinin inkişafı piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması da əsas strateji məqsədlərimizdir: “Bu istiqamətdə 2030-cu ilə qədər Bakı şəhərinin mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb, məqsədləri, prinsipləri və strateji hədəfləri müəyyən edilib”.