ADY: Bakı-Sumqayıt qatarına tələbat gözlədiyimizdən çox oldu
- 18.05.2021, 13:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “Stadler” tipli 9 sərnişindaşıma qatarı var. Bu qatarlar həm regionlara, həm də Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edir”.
Bunu ADY-nin Mətbuat xidmətinin rəisi Natəvan Bayramova Bakı-Xırdalan-Sumqayıt qatarında yaranmış sərnişin sıxlığına münasibət bildirərkən deyib.
“Bu qatarların hər biri dolu gedir. Bilirsiniz ki, hazırda Gəncə istiqamətində sərnişin qatarının fəaliyyəti dayandırılıb, Abşeronda isə sərnişin qatarları işləyir. Bakı-Xırdalan-Sumqayıt qatarını işə salandan sonra gördük ki, ona təlabat gözlədiyimizdən çox oldu. Buna görə də Gəncə istiqamətinə buraxılan qatarlardan birini Bakı-Xırdalan-Sumqayıt istiqamətinə verdik. Bu müvəqqətidir, gələcəkdə rayonlara reyslər açıldıqdan sonra bu məsələyə bir daha baxılacaq”, - o bildirib.
Report