Qarabağla bağlı məlumatlar “Google"a inteqrasiya ediləcək



Gənclər və İdman Nazirliyi Qarabağda yerləşən arxeoloji, tarixi, memarlıq, dini abidə, qoruq və Azərbaycan mənşəli coğrafi adlar barədə yazı, foto, video, 3D təsvir məlumatlarının “Google" veb-xəritə tətbiqinə inteqrasiya olunması, Qarabağın maddi və qeyri–maddi mədəni irsinə dair onlayn sərgi kontentlərinin hazırlanması, "Google" İncəsənət və Mədəniyyət onlayn platformasında yerləşdirilməsi və nümayişi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Colorit Yaradıcılıq Emalatxanası" MMC-dir.

Qalib şirkətə 150 min manat ödəniləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri