“Azərbaycan Dəmir Yolları” Qəbələyə press-tur təşkil edib




“Azərbaycan Dəmir Yolları” Qəbələyə press-tur təşkil edib


Bu gün “Azərbaycan Dəmir Yolları” QSC mayın 15-də açılışı olmuş Qəbələ Dəmir Yolu Vağzalına və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu xəttinə press-tur təşkil edib.

Press-turda iştirak edən jurnalistlərə bildirilib ki, dəmir yolu xəttinin tikintisinə 2018-ci ildə başlanılıb.

Onun uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir. Xətt çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) suni mühəndisi qurğunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyə qədər dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Burada İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biness, 9-u isə birinci klass yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 600 paqon metr metal hasar quraşdırılıb. Dəmir yolu istismara hazır vəziyyətdədir. Maksimum sürət saatda 135 km təşkil edir.

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub  


Mayın 15-də Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, hazır vəziyyətə gətirilən Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

Diqqətə çatdırılıb ki, ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.













 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri