"Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq
- 24.05.2021, 12:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Bunu mediaya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.